HƏMAS-ın İsrailə hücumunda şübhəli bilinən şəxs ABŞ-də tutuldu
Dünya
255
12:38, Bu gün

HƏMAS-ın İsrailə hücumunda şübhəli bilinən şəxs ABŞ-də tutuldu

HƏMAS-ın İsrailə hücumunda şübhəli bilinən şəxs ABŞ-da saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, tutulan şəxsin 2023-cü il oktyabrın 7-də təşkil olunan hücumda əli olub. Qəzza əsilli şəxs Luiziana ştatında tutulub.

Xəbərdə bildirilir ki, Amerikada ələ keçən şəxs daha çox qüvvə ilə HƏMAS-a terror aktı törətməyə kömək etmək üçün İsrail sərhədini keçib. O, 2024-cü il sentyabrın 12-də viza üçün müraciət edərkən özü haqqında yalan məlumat verdikdən sonra ABŞ-yə daxil olub.

Saxlanılan şəxsin barəsində terrorçuluq fəaliyyəti və ABŞ immiqrasiya qanunvericiliyinin pozulması ilə bağlı istintaq aparılır.

Link kopyalandı!
Son xəbərlər