23:28
16°C
Bakı
Portuqaliyalı motosiklet yarışçısı Xorxe Brandao Mərakeş rallisinin beşinci və sonuncu mərhələsində qəza nəticəsində dünyasını dəyişib.
Moderator.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, motosikletçi dərhal tibbi helikopterlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
"Old Friends Rally Team" komandasının üzvünün 47 yaşı olub. O, debütünü ötən il "Dakar" rallisində ispaniyalı Karlos Ventonun köməkçi pilotu (şturman) kimi etmişdi.