Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
Dünya
854
11:00, Bu gün

Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynaya münaqişənin mümkün həlli kimi cəbhə xəttini hazırkı mövqedə dondurmağı təklif edib.

Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

"Görüş zamanı Tramp Zelenskiyə Putinlə telefon danışığı barədə məlumat verib. O, vurğulayıb ki, ABŞ-nin hazırkı diplomatik həll təklifi cəbhə xəttini saxlamaqla müharibəni bitirməkdir. Ukrayna bu təklifi qəbul etməkdə çətinlik çəkir", - deyə qəzet yazıb.

Xəbərdə bildirilir ki, Amerika lideri görüşdən sonra sosial şəbəkə hesabında bu mövqeyə eyham vurub. O, görüşü maraqlı və səmimi adlandıraraq, həm Zelenskiyə, həm də Putinə müharibəni dayanmağın vaxtının çatdığını söyləyib.

Qeyd edək ki, oktyabrın 17-də Zelenskinin Vaşinqtonda ABŞ lideri ilə iki saat yarımdan çox davam edən görüşü olub.

Link kopyalandı!
Son xəbərlər