13:25
20°C
Bakı
Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərindəki "Avanqard" müəssisəsində baş vermiş partlayışda üç nəfər ölüb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın Baş naziri Andrey Nazarov məlumat verib.
Onun sözlərinə görə, dağıntılar altında qalanların hamısı çıxarılıb:
"Partlayış nəticəsində doqquz nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onlardan dördü evə buraxılıb, beş nəfər isə xəstəxanada qalır".
Baş nazir partlayışın başvermə səbəbinin araşdırıldığını qeyd edib. Nazarov, həmçinin deyib ki, müəssisə işini davam etdirəcək.