Çin rəhbəri məşhur generalları ordudan kənarlaşdırdı
Dünya
1669
18 Oct 2025 | 10:00

Çin rəhbəri məşhur generalları ordudan kənarlaşdırdı

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin 9 yüksəkrütbəli hərbçini vəzifəsindən azad edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" Çin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Çin lideri orduda korrupsiya və sədaqətsizliyə qarşı mübarizəni gücləndirmək məqsədi ilə ölkənin ikinci ən yüksək rütbəli generalını və digər səkkiz hərbçini istefaya göndərib.

Qeyd olunur ki, ölkənin çox nüfuzlu generallarından biri Xe Veydun da ordudan uzaqlaşdırılıb. Onun işdən çıxarılmasına səbəb kimi ciddi intizam pozuntuları və vəzifə səlahiyyətlərindən sui-istifadə göstərilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər