19:48
18°C
Bakı
Rusiyanın Novosibirsk şəhərində taxta konstruksiyalı yaşayış evində baş verən yanğın nəticəsində azı dörd nəfər həlak olub.
Moderator.az bu barədə yerli KİV-ə istinadən məlumat verir.
Məlumata görə, yanğın taxta konstruksiyalı ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində başlayıb. Yanğın mənzilin 600 kv.m-nə yayılıb, dam örtüyünün bir hissəsi uçub.
Hadisə nəticəsində dörd nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb, onlar tibb müəssisəsinə çatdırılıblar. "Həlak olanlar... bir kişi və üç qadındır", - regional prokurorluğun "Telegram" kanalında bildirilib.
Qurum yoxlamalara başlayıb, hadisənin bütün təfərrüatları araşdırılır.