Yaponiyada ayı hücumları: Ölənlərin sayı rekord həddə çatdı
Dünya
564
03:20, Bu gün

Yaponiyada ayı hücumları: Ölənlərin sayı rekord həddə çatdı

Yaponiyada ayı hücumları nəticəsində ölənlərin sayı bu il rekord həddə çatıb, 100 nəfər isə yaralanıb.

Bu barədə Yaponiyanın Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkənin kənd yerlərində tez-tez baş verən ayı hücumları artıq həyəcanverici səviyyəyə çatıb. Nazirliyin məlumatına əsasən, aprel ayından bəri 7 nəfər ayı hücumu nəticəsində həyatını itirib. Bu göstərici statistikanın aparılmağa başlandığı 2006-cı ildən bəri ən yüksək rəqəmdir.

Ölüm hallarının əksəriyyəti ölkənin şimal-şərq bölgələrində və Hokkaydo adasında qeydə alınıb. Bununla yanaşı, bu il ayı hücumları nəticəsində yaralananların sayı da 100 nəfərə çatıb.

Məlumata görə, ötən ilin eyni dövründə ayı hücumu səbəbindən 5 nəfər həlak olmuşdu.

Mütəxəssislər bildiriblər ki, ayı hücumları adətən payız aylarında - heyvanlar qış yuxusuna getməzdən əvvəl artır. Onların sözlərinə görə, ac qalan ayılar qida axtarışında yaşayış məntəqələrinə yaxınlaşırlar. Eyni zamanda, kənd yerlərində əhalinin azalması da ayı hücumlarının çoxalmasına təsir edən əsas amillərdən biri kimi göstərilib.

Link kopyalandı!
Son xəbərlər