Britaniya kralının qardaşı titulundan imtina etdi
Dünya
1926
18 Oct 2025 | 01:06

Britaniya kralının qardaşı titulundan imtina etdi

Britaniya kralı III Çarlzın qardaşı şahzadə Endryu amerikalı maliyyəçi Cefri Epşteynlə əlaqələrinə görə York hersoqu titulundan imtina edib.

Bu barədə Bukingem sarayının Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, qərar şahzadənin özü tərəfindən kral III Çarlz və ailə üzvləri ilə müzakirələrdən sonra verilib.

Xatırladaq ki, mərhum maliyyəçi Epşteyn azyaşlıların da iştirak etdiyi intim əyləncə gecələri keçirməkdə, həmçinin insan alverində ittiham edilib.

Link kopyalandı!
Son xəbərlər