09:42
18°C
Bakı
Türkiyə Suriya ordusuna müxtəlif hərbi texnika ötürmək niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Türkiyə Suriyanı hərbi texnika ilə təchiz etməyi, əvəzində Ankaraya Suriya sərhədi boyunca qanunsuz silahlı qruplaşmaları zərərsizləşdirməyə imkan verəcək saziş bağlamağı planlaşdırır. 1998-ci ildə imzalanmış müqaviləyə əsasən, Türkiyə Suriyada terrorçu hədəflərə qarşı 5 kilometr dərinlikdə əməliyyat apara bilər. Yeni müqavilə ilə bu məsafənin 30 kilometrə qədər genişləndirilməsi nəzərdə tutulur.
Bildirilir ki, tədarüklərə zirehli texnika, pilotsuz uçuş aparatları, artilleriya, raketlər və hava hücumundan müdafiə sistemləri daxil olacaq.