01:25
15°C
Bakı
Məşhur sovet aktrisası Natalya Varley Moskva xəstəxanalarından birinə yerləşdirilib.
Moderator.az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, aktrisanın əlində şiddətli ağrılar yaranıb. Belə ağrılar adətən zədə və ya uzun müddət kompüterlə işləmək nəticəsində yaranır. Aktrisanın tibbi yardıma özünün müraciət etdiyi bildirilir.
Qeyd edilir ki, "Qafqaz əsiri"nin ulduzu əl əməliyyatı keçirib.