Dünya
879
17 Oct 2025 | 23:00

"Minimum problemli texnologiya": Mühəndis elektromobillərin üstünlüklərini izah edir" - Rusiya mətbuatı

"Onlar həqiqətən ekolojidirmi, niyə bu qədər sürət yığır və batareyələr niyə yanır?"

Mən - Viller Kempston, Delaver Universitetində elektrik mühəndisliyi və kompüter mühəndisliyi üzrə professoram. Bu gün internet istifadəçilərinin elektromobillərlə bağlı ən çox verdiyi suallara cavab verəcəyəm.

Moderator.az xəbər verir ki, bu barədə "inosmi.ru" nəşri yazıb.

1. Elektromobil əslində necə işləyir?

Benzinlə işləyən avtomobildə yanacaq çəni və yanacaq nasosu var. Elektromobildə isə onların yerini sadəcə şarj kabeli və böyük litium-ion batareya tutur. Siz kabeli qoşursunuz, enerji batareyada toplanır. Hərəkətə başladığınızda kabeli çıxarırsınız və batareyadan gələn enerji xüsusi idarə bloku vasitəsilə mühərrikə ötürülür. Sadə dillə desək, benzin çənini böyük bir "telefon batareyəsi" əvəz edir.

2. Niyə elektromobillər çox vaxt daha çox sürət yığır? 

Çünki elektrik mühərriki fırlanma momentini (yəni təkan gücünü) dərhal və tam gücü ilə verir. Benzin mühərrikində isə maksimum güc yalnız yüksək dövrlərdə əldə olunur, buna görə sürətlər qutusu lazımdır. Elektromobildə isə bu mexaniki mürəkkəblik yoxdur - qaz əyləcinə basan kimi avtomobil atılır.

3. Elektromobil doğrudanmı ekolojidir?

Burada iki mərhələ nəzərə alınmalıdır: İstehsal zamanı - bəli, elektromobilin karbon izi daha yüksəkdir, çünki batareyə görə daha çox xammal tələb olunur. Bu səbəbdən "start xəttində" o, benzinli maşından təxminən 30 faiz daha çirklidir. İstismar zamanı - benzinli avtomobil ömrü boyu zərərli qazlar buraxdığı üçün cəmi 2 ildən sonra elektromobil ekoloji üstünlüyə keçir. ABŞ-da orta hesabla 12 il istifadə müddətinə görə elektromobil ümumi təsir baxımından daha təmizdir.

4. Elektromobilə necə texniki xidmət göstərilir?

Çox sadə: yağ dəyişmə, şam, mühərrik detallarının təmiri yoxdur. Ən çox görülən işlər - proqram yenilənməsi, əyləclərin və şüşəsilən mayesinin yoxlanmasıdır. Əsas komponentlərə 160 min km-ə qədər zəmanət verilir. Yəni, problemlər minimumdur.

5. Batareya avtomobildən daha uzun xidmət edirmi?

Əksər istehsalçılar batareyaya 160 min km zəmanət verir. Bu müddətdən sonra belə onun 80 faizi qalmalıdır. Məsələn, əvvəl 320 km gedirdisə, sonradan 257 km gedəcək. Yəni avtomobil istifadəyə tam yararlı qalır.

6. Ən sadə elektromobil hansıdır?

Fiat 500e - təxminən 240 km məsafə qət edir, əlavə funksiyaları azdır və çox ucuzdur. İkinci əlini 8 min dollara tapmaq olur.

7. İlon Maskın davranışları "Tesla" satışlarına təsir edibmi?

Bəli. Onun son dövrlərdədəki sərt və mübahisəli açıqlamaları bəzi bazarlarda satışların azalmasına səbəb olub. Bu isə digər markalara fürsət yaradıb.

8. Niyə batareyələr bəzən yanır?

Çünki litium yüksək temperaturda yanan metaldır. Yanğın adətən qoruyucu sistemlərin eyni anda sıradan çıxması nəticəsində olur. Amma statistika göstərir ki, hər 160 min km-də elektromobillər benzinlilərdən daha az yanır, sadəcə elektromobil yananda xəbər olur.

9. Batareyalar istifadədən sonra hara gedir?

Kuzov adi qaydada utilizasiya olunur, batareyə isə xüsusi şəkildə sökülür. Materiallar ayrılır və yenidən yeni batareyaların istehsalında istifadə edilir.

10. 2030-cu illərin sonuna qədər ABŞ-da benzinli avtomobillər yox olacaqmı?

Məncə, bəli. Yeni avtomobil bazarında elektromobillər üstünlük təşkil edəcək. Benzinli avtomobillər yalnız çox uzun məsafə və sürətli yanacaq doldurma prioriteti olanlar üçün qalacaq. Qalanlar isə sadəcə bir dəfə elektromobil sürəcək və geriyə qayıtmaq istəməyəcək.

4. Elektromobil sənayesi artıq yeni geosiyasi alətdir

Bu bazar artıq sadəcə istehlakçı seçimi ilə ölçülmür. Elektromobil sənayesi böyük dövlətlərin strateji təsir vasitəsinə çevrilib. Çin istehsalı olan hər bir avtomobil təkcə nəqliyyat vasitəsi deyil - o, həm də rəqəmsal məlumatın haraya axdığını, enerji infrastrukturunun kimə bağlı olduğunu müəyyənləşdirən texnoloji platformadır. Avropa Komissiyası bunu açıq etiraf edir: əgər Avropa istehsalı uduzarsa, qitə sadəcə istehsal bazasını yox, siyasi müstəqilliyini də itirə bilər.

ABŞ bu təhlükəni daha sərt qiymətləndirir: Vaşinqton hesab edir ki, elektromobil sənayesində dominantlıq sabah telekommunikasiya və hətta müdafiə sektoruna təsir göstərə biləcək səviyyədə güc yaradır. Ona görə də Çin şirkətlərinə qarşı sanksiyalar və ixrac məhdudiyyətləri sırf iqtisadi qərar deyil - bu, texnoloji soyuq müharibənin avtomobil cəbhəsidir.

Link kopyalandı!
Son xəbərlər