Tramp Zelenskini güclü insan hesab etdiyini deyib
Dünya
651
17 Oct 2025 | 22:45

Tramp Zelenskini güclü insan hesab etdiyini deyib

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini çox yaxşı münasibət qurduğu güclü insan hesab etdiyini deyib.

Moderator.az xəbər verir ki, Tramp bu haqda Ağ Evdə Zelenski ilə görüşü zamanı danışıb.

"O, çox güclü liderdir, çox şeydən keçmiş insandır. Biz bir-birimizi yaxşı tanımışıq və həqiqətən də yaxşı münasibətimiz var", - Tramp deyib.

Bundan başqa Rusiya prezidenti Vladimir Putinlə gözlənilən görüşü barədə danışan Tramp danışıqların Macarıstanda keçiriləcəyini açıqlayıb.

"Bu, təhlükəsiz ölkədir. Baş nazir Viktor Orbana hörmət edirik. O, çox yaxşı iş görüb", - Tramp deyib.

Trampın danışıqlarda Volodimir Zelenskinin də iştirak edəcəyini bildirib.

Açıqlaması zamanə silah tədarükü ilə bağlı da danışan Tramp qeyd edib ki, ABŞ Ukraynaya silah göndərməyə davam edir.

"Ümid edirik ki, onlar artıq onlardan istifadə etmək məcburiyyətində qalmayacaqlar. Biz “Tomahawk” haqqında düşünmədən müharibəni bitirməyə kifayət qədər yaxınıq", - Tramp əlavə edib.

Link kopyalandı!
Son xəbərlər