Avstriya Tehrandan Bakıya köçürülmüş səfirliyinin fəaliyyətini bərpa edəcək
Dünya
648
17 Oct 2025 | 22:17

Avstriya Tehrandan Bakıya köçürülmüş səfirliyinin fəaliyyətini bərpa edəcək

Avstriya vaxtilə İran-İsrail münaqişəsi ilə əlaqədar müvəqqəti olaraq Bakıya köçürülmüş Tehrandakı səfirliyini bərpa etməyi planlaşdırır.

Moderator.az "Azad İran"a istinadən xəbər verir ki, bu barədə Avstriya XİN məlumat yayıb.

Açıqlamada nazirliyin Tehrandakı səfirliyinin və konsulluq xidmətlərinin mərhələli şəkildə bərpa ediləcəyi bildirilib.

Qeyd edək ki, Avstriya 12 günlük İran-İsrail müharibəsi zamanı Tehrandakı səfirliyinin fəaliyyətini məhdudlaşdıran və ya dayandıran ilk Avropa ölkələrindən biri olub.

Link kopyalandı!
Son xəbərlər