Tramp ilə Zelenski arasında görüş keçirilib - VİDEO - YENİLƏNİB
Dünya
701
17 Oct 2025 | 22:47

Tramp ilə Zelenski arasında görüş keçirilib - VİDEO - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdəki görüşün qapalı hissəsindən öncə danışıqların gedişi və onların prioritetləri ilə bağlı bir sıra bəyanatlar veriblər.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp Ukraynada müharibəyə son qoymaq məqsədini bəyan edib və qeyd edib ki, həm Putin, həm də Zelenski münaqişəyə son qoymaqda maraqlıdırlar. O, Rusiya prezidenti ilə mümkün zirvə görüşü üçün Macarıstanı seçdiyini təsdiqləyib, bu ölkəni və onun baş nazirini müsbət xarakterizə edib. Tramp Rusiya lideri ilə görüşdə Zelenskinin videobağlantı vasitəsilə iştirak edəcəyini istisna etməyib.

ABŞ prezidenti qeyd edib ki, Yaxın Şərqdə atəşkəs təcrübəsi Ukraynada da sülhün mümkün olduğunu göstərir. "Tomahavk" raketləri də daxil olmaqla, silah təchizatı əsas mövzu olaraq qalır. Tramp ABŞ-nin özünün bu silahlara ehtiyacı olduğunu vurğulayıb, müharibənin onların istifadəsinə ehtiyac olmadan bitəcəyinə ümid etdiyini bildirib.

Zelenski isə öz növbəsində, ABŞ-nin müdafiə və enerji şirkətləri ilə danışıqlar apardığını bildirib. O qeyd edib ki, sülh danışıqlarına başlamaq üçün şərt kimi atəşkəsdə israr edir və Putinin sülhə hazır olmadığı fikrində qalır. Eyni zamanda Zelenski Trampla görüşü müharibəni sona çatdırmaq üçün fürsət kimi qiymətləndirib. Ukrayna prezidenti müasir silahların, o cümlədən hava hücumundan müdafiə sistemlərinin və "Tomahavk" raketlərinin vacibliyini vurğulayıb, Ukrayna dronlarını ABŞ silahları ilə dəyişməyi təklif edib.

21:57

ABŞ Prezidenti Donald Tramp ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş keçirilir.

Moderator.az xəbər verir ki, Ağ Evdə keçirilən danışıqlar 20 dəqiqə gecikmə ilə başlayıb və mətbuata qapalı olaraq davam edir.

Görüş zamanı ABŞ-nin Ukraynaya hərbi dəstəyi, Rusiya-Ukrayna müharibəsinin gedişi kimi aktual məsələlərin müzakirəsi gözlənilir.

Həmçinin təsdiqlənməmiş məlumatlara görə, danışıqların gedişində Trampın Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşünün gündəliyi barədə də fikir mübadiləsi aparılacaq.

 

Link kopyalandı!
Son xəbərlər