20:12
18°C
Bakı
Rusiya Federasiyasının Başqırdıstan Respublikasında "Avanqard" müdafiə sənayesi zavodunda partlayış baş verib, xəsarət alanlar var.
Moderator.az xəbər verir ki, bu barədə Başqırdıstanın qubernatoru Radi Xabirov sosial şəbəkədə məlumat yayıb.
"Zavodun işçiləri təxliyə edilib. 5 nəfərin xəsarət aldığı məlumdur, onlardan birinin vəziyyəti ağırdır. 3 nəfər dağıntılar altından çıxarılıb. Onlara lazımi yardım göstərilir. Hadisə yerində bütün təcili yardım xidmətləri işləyir", - o yazıb.
Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, "Avanqard" Rusiyanın ən böyük müdafiə zavodlarından biridir.