Hakan Fidan:
Dünya
2027
17 Oct 2025 | 21:30

Hakan Fidan: "Türkiyə Ukraynanın infrastrukturunu bərpa etməyə hazırdır"

"Türkiyə Ukraynadakı münaqişənin tezliklə həlli üçün vasitəçilik səylərini davam etdirmək niyyətindədir".

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada almaniyalı həmkarı İohan Vadefulla danışıqlardan sonra deyib.

"Ukraynadakı müharibəyə mümkün qədər tez son qoyulmalıdır. Biz bu istiqamətdə vasitəçilik səylərini davam etdirəcəyik", - nazir bəyan edib.

O bildirib ki, Türkiyə Ukraynanın infrastrukturunu bərpa etməyə hazırdır.

Link kopyalandı!
Son xəbərlər