23:46
14°C
Bakı
Ağ Ev Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşdə iştirak etməyə razılıq verəcəyinə ümid edir.
Moderator.az xəbər verir ki, bu barədə “CBS News” Ağ Evin mətbuat katibi Kerolayn Leavittə istinadən məlumat yayıb.
“Hələ də Zelenskinin bu danışıqlarda iştirak edə biləcəyi ehtimalı var. Ən azından Ağ Ev buna ümid edir”, Livitt deyib.
Livitt həmçinin jurnalistlərə bildirib ki, Tramp Zelenskidən oktyabrın 17-də Putinlə görüşdə iştirak etməyi xahiş edəcək.