"Tramp-Putin görüşü Zelenskinin "Tomahawk" planlarını kölgədə qoyur"
Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtona silah danışıqları üçün gəlsə də, səfərə tam fərqli bir xəbər damğa vurub.
Moderator.az xəbər verir ki, bu barədə "rtvi.com"' nəşri yazıb.
Donald Tramp elan edib ki, yaxın həftələrdə Vladimir Putinlə Budapeştdə görüşə bilər. Bu bəyanat Kiyevdə sürpriz kimi qarşılanıb, çünki Zelenski Ağ Evlə "Tomahawk" raketləri barədə razılığa gələcəyinə ümid edirdi.
"Putin HƏMAS-dan cəsarətli deyil"
Zelenski açıq bildirir ki, Moskva yalnız real təhlükə gördükdə reaksiya verir. Onun sözləri ilə desək, "Tomahawk" adını eşidən kimi danışıqlara qaçırlar. Ukrayna lideri hesab edir ki, ədalət və güc dili Rusiyaya qarşı da işləməlidir.
Zelenski ümid edir ki, Yaxın Şərqdə işləyən "güc impulsu" Ukrayna cəbhəsində də nəticə verəcək: "Putin nə HAMAS-dan, nə də başqa terrorçulardan cəsarətlidir. Ədalət və güc dili Rusiyaya qarşı da işləyəcək". Ardınca əlavə edir ki, əgər Ukraynanın əlində yetərincə silah olarsa, Kremlin ritorikası dərhal dəyişəcək.
Bu mövqe Vaşinqtondakı görüşdə də dəyişməyəcək - Zelenski Trampdan birbaşa "Tomahawk" tələb edəcək. Lakin həm ABŞ, həm də Avropada başqa sual yaranıb: Tramp Budapeştdə Putinə hansı "sövdələşmə" təklif etməyə hazırlaşır?
Putin vaxt udur, Tramp isə tərəddüd edir
Analitiklər fikrincə, Kreml indi yenidən klassik "diplomatik yubandırma" taktikasına qayıdıb. Putin əvvəlcə dialoqa açıq görünür, sonra isə proses uzandıqca Qərbin silah tədarükü yavaşıyır. Bu səbəbdən Zelenski təkcə diqqət deyil, konkret qərar tələb edir: ya raket verilir, ya da Moskva təşəbbüsü ələ alacaq.
Ukraynalı hərbi ekspert Nikolay Beleskov deyir ki, "Tomahawk" Rusiyanı dərhal diz üstə çökdürməyəcək, amma onun hərbi sənayesini daimi təzyiq altında saxlayacaq. Bu da döyüş meydanından daha çox psixoloji, siyasi təsir deməkdir.
Trampın həm vəd verir, həm də geri çəkilir
Tramp özünəməxsus tonda danışır: bir cümlədə "biz bu sövdələşməni əldə edə bilərik", deyir, növbəti cümlədə isə "bütün raketləri verə bilmərik, bizim də ehtiyacımız var". Bu ikili ritorika həm Kiyevdə, həm də Avropada narahatlıq yaradır. Əgər Tramp Budapeştdə Putinlə razılaşmaya yaxınlaşarsa, "Tomahawk" məsələsi arxa plana keçə bilər. Zelenski üçün isə, əksinə, danışıqlara təzyiq vasitəsi kimi həmin raketlərin mövcudluğudur.
Görüş etimad testi olacaq
Vaşinqtondakı Zelenski-Tramp görüşü indi təkcə silah siyahısının müzakirəsi deyil, həm də tərəfdaşlığın səmimiliyinin ölçüləcəyi məqamdır. Zelenski üçün "Tomahawk" təkcə texniki silah deyil, siyasi siqnaldır - əgər ABŞ onu verirsə, bu, Rusiyaya "bizimlə hesablaş" mesajıdır. Əgər vermirsə, Putin Budapeşt görüşünü böyük piar qələbəsinə çevirə bilər.