Günəşdə iki güclü partlayış baş verib
Dünya
1833
17 Oct 2025 | 12:58

Günəşdə iki güclü partlayış baş verib

Oktyabrın 17-nə keçən gecə Günəşdə daha əvvəl müşahidə olunmuş M güc sinfinə aid iki partlayış baş verib.
 
Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
 
"Oktyabrın 17-də Moskva vaxtı ilə saat 02:19-da (Bakı vaxtı ilə 3:19-da - red.) 4246-cı (N23W67) Günəş ləkələri qrupunda rentgen diapazonunda 16 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 04:28-də (Bakı vaxtı ilə 05:28 - red.) 4246 (N23W67) günəş ləkələri qrupunda rentgen diapazonunda 25 dəqiqə davam edən M1.5 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
 
Qeyd edək ki, oktyabrın 16-da eyni günəş ləkəsi qrupundan beş güclü partlayış baş vermişdi.
 
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər. /Oxu.az/
Link kopyalandı!
Son xəbərlər