02:01
16°C
Bakı
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycana səfərindən sonra Ərdəbil hava limanı vasitəsilə Tehrana qayıdarkən maraqlı hadisə baş verib.
Moderator.az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, hava limanında xidmət edən təhlükəsizlik əməkdaşı nazirin çantasını yoxlamaq istəyib.
Fərzanə Sadiq isə buna sərt reaksiya verərək, çantasına baxılmasına icazə verməyib və Tehrana yola düşüb.
İnsidentdən bir neçə saat sonra Ərdəbil əyalətinin hava limanlarının baş direktoru Məhəmməd Qəssabi vəzifəsindən azad edilib.