Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq və Suriyadakı hərbçilərin mandatının daha üç il müddətinə uzadılması barədə sənədin təsdiqlənməsi üçün parlamentə təqdim edib.
Moderator.az xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.
Sənəddə qeyd edilib ki, Türkiyənin cənub sərhədlərində terror təhlükəsi qalmaqdadır və bu, onun milli təhlükəsizliyi üçün risklər yaratmaqda davam edir.
Ankara təhlükəsizlik üçün əsas təhdidlər kimi düşərgələri Şimali İraqda yerləşən PKK, ona bağlı Suriya Demokratik Qüvvələri və İŞİD terror qruplaşmasını göstərir.
Hazırda Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyada qalma mandatı parlament tərəfindən 2023-cü ildə təsdiqlənib və oktyabrın 29-da başa çatır. Ərdoğan parlamentdən onun oktyabrın 30-dan uzadılmasını istəyib.