Laricani Putinlə görüşdü, Xameneinin mesajını çatdırdı
Dünya
229
16 Oct 2025 | 21:34

Laricani Putinlə görüşdü, Xameneinin mesajını çatdırdı

Rusiya Prezidenti Vladimir Putin İran Təhlükəsizlik Şurasının (TŞ) katibi Əli Laricanini qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə Laricaninin teleqram kanalında məlumat verilib.

Məlumata görə, Laricani Putinə İranın ali rəhbəri Ayətullah Əli Xameneinin mesajını çatdırıb.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, İran TŞ katibi bu gün Rusiyaya səfər edib.

Link kopyalandı!
Son xəbərlər