Pablo Pikassonun 600 minlik əsəri oğurlandı
Dünya
196
21:10, Bu gün

Pablo Pikassonun 600 minlik əsəri oğurlandı

Dünyaca məşhur rəssam Pablo Pikassonun "Gitara ilə natürmort" əsəri yoxa çıxıb.

Moderator.az xəbər verir ki, bu barədə “İdeal” nəşri məlumat yayıb.

Bildirilib ki, əsər Madriddən Qranadaya aparılarkən yoxa çıxıb, polis araşdırma aparır.

Rəsm təxminən 600.000 avroya sığortalanıb. Keçən həftə Qranadada açılan "Caja-Qranada" Fondunda "Natürmort: Ətalətin Əbədiliyi" adlı sərgidə nümayiş etdirilməli idi.

Belə ki, əsərlər yoxlanarkən qalereya işçiləri rəsmlərdən birinin əskik olduğunu anlayıblar. Nəticədə sərgi “Gitara ilə natürmort” olmadan açılıb.

Bütün saxlama və daşınma şərtlərinə ciddi əməl edilsə də, Pikassonun “Gitara ilə natürmort” əsəri tranzit zamanı yoxa çıxıb.

Hüquq-mühafizə orqanları rəssamın əsərinin cinayətkarlar tərəfindən oğurlandığına əmindirlər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər