Laricani Putinlə görüşüb, Xameneinin mesajını çatdırıb
Dünya
1047
16 Oct 2025 | 21:00

Laricani Putinlə görüşüb, Xameneinin mesajını çatdırıb

Rusiya Prezidenti Vladimir Putin İran Təhlükəsizlik Şurasının (TŞ) katibi Əli Laricanini qəbul edib.

Moderator.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Laricaninin teleqram kanalında məlumat verilib.

Məlumata görə, Laricani Putinə İranın ali dini lideri Ayətullah Əli Xameneinin mesajını çatdırıb.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, İran TŞ katibi bu gün Rusiyaya səfər edib.

Link kopyalandı!
Son xəbərlər