Fomin vəzifəsindən istefa verməyə hazırlaşır
Dünya
282
20:17, Bu gün

Fomin vəzifəsindən istefa verməyə hazırlaşır

İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibində olan general-polkovnik Aleksandr Fomin müdafiə nazirinin müavini vəzifəsindən istefa verməyə hazırlaşır.

Moderator.az xəbər verir ki, bu barədə RBC hərbi idarəyə yaxın mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, artıq kadr dəyişikliyi ilə bağlı fərman hazırlanıb. Fomini sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov əvəz edəcək.

Qeyd edək ki, 66 yaşlı Fomin Müdafiə Nazirliyində beynəlxalq hərbi əməkdaşlığa nəzarət edirdi. O, 2012-2017-ci illərdə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətə rəhbərlik edib, sonra isə müdafiə nazirinin müavini olub.

Link kopyalandı!
Son xəbərlər