01:10
16°C
Bakı
Ukrayna Silahlı Qüvvələrinin mümkün hücum əməliyyatı keçirməsi üçün təsdiq edilmiş fəaliyyət planı və Qərbin təqdim etdiyi yeni silahlar lazımdır.
Moderator.az “Politiko”ya istinadən xəbər verir ki, bunu adı açıqlanmayan yüksək vəzifəli ukraynalı məmur deyib.
“Aldığımız silahlardan və təsdiq edilmiş plandan asılıdır”, - mənbə nəşrə bildirib.
Qeyd edək ki, sabah Ağ Evdə Ukrayna və ABŞ prezidentlərinin görüşü gözlənilir. Onların Ukrayna ordusunun hücuma keçməsini müzakirə edəcəkləri bildirilir.