Putin və Tramp arasında telefon danışığı başa çatıb - YENİLƏNİB
Dünya
394
16 Oct 2025 | 21:37

Putin və Tramp arasında telefon danışığı başa çatıb - YENİLƏNİB

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı başa çatıb.

Moderator.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Qeyd olunub ki, iki liderin söhbəti təxminən iki saat davam edib.

20:01

Kreml Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığının getdiyini təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə "Rossiya 1" telekanalının müxbiri Pavel Zarubin bildirib.

Onun sözlərinə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

19:29

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparır.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti özünün sosial media hesabında bildirib.

“Söhbət davam edir, uzun söhbətdir. Onun məzmunu barədə mən də, Prezident Putin də danışıqlar başa çatdıqdan sonra məlumat verəcək” – deyə Donald Tramp vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər