Yunanıstanda 13 saatlıq iş günü qanuniləşdi, nümayişlər başladı
Dünya
279
18:30, Bu gün

Yunanıstanda 13 saatlıq iş günü qanuniləşdi, nümayişlər başladı

Yunanıstan parlamenti 13 saatlıq iş gününə icazə verən qanun layihəsini təsdiqləyib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, yeni əmək qanunvericiliyinin qəbulu qızğın müzakirələr və sosial narazılıqla müşayiət olunub.

Yunanıstanın əmək naziri Niki Kerameos bildirib ki, bu cədvəl ilin yalnız 37 günü üçün tətbiq oluna bilər.

Qanunun qəbulu ərəfəsində paytaxt Afina və digər şəhərlərdə genişmiqyaslı etiraz aksiyaları keçirilib.

Nümayişçilər qanun layihəsinin ləğvini və maaşların artırılmasını tələb ediblər.

Link kopyalandı!
Son xəbərlər