Şatdaun Rusiyanın Kennedinin qətlinə dair ABŞ-yə ötürdüyü məlumatların açıqlanmasını əngəlləyib
Dünya
267
18:10, Bu gün

Şatdaun Rusiyanın Kennedinin qətlinə dair ABŞ-yə ötürdüyü məlumatların açıqlanmasını əngəlləyib

Amerika Birləşmiş Ştatlarının 35-ci prezidenti Con Kennedinin qətlinin araşdırılması ilə bağlı Rusiyadan Amerikaya ötürülən arxiv məlumatları şatdaun (hökumətin məhdudlaşdırılması-red.) səbəbindən hələ də açıqlanmayıb.

Moderator.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından olan konqresmen Anna Paulina Luna bəyan edib.

O, "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, ABŞ-nin Arxiv Xidməti faylların ictimai informasiya portalına yüklənməsinə kömək edə bilməyib.

"Sənədlər "JFK Facts" səhifəsində yerləşdiriləcək. Linki açmaq mümkün olan kimi mən onu dərc edəcəyəm", - deyə Luna yazıb.

Qeyd edək ki, Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Dariçev "Kennedinin qətli və SSRİ-ABŞ münasibətləri" toplusunun redaksiya heyəti tərəfindən toplanmış materialları məxfilikdən çıxarıldıqdan sonra konqresmen Anna Paulina Lunaya təqdim edib.

Link kopyalandı!
Son xəbərlər