00:14
16°C
Bakı
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər telefon danışığında əsas müzakirə mövzusu Qəzzada atəşkəs məsələsi olub.
Bundan əlavə, Şarm əl-Şeyxdə Qəzzada atəşkəslə bağlı yekun sazişinin icrası istiqamətində atılan addımlar, Rusiya–Ukrayna müharibəsi və İranın nüvə proqramı ilə bağlı regional vəziyyət də gündəmdə yer alıb.