00:15
16°C
Bakı
“Ənsarullah” olaraq tanınan Yəmən Husilərinin öldürülən Baş qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Ğəmarinin yerinə təyinat olub.
Moderator.az İran mediasına istinadən xəbər verir ki, Ğəmarini Yusif Həsən əl-Mədani əvəz edəcək.
Qeyd edək ki, Yəmən Husilərinin sabiq Baş qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Ğəmari İsrailin avqust ayında Yəmənə endirdiyi zərbələr nəticəsində xəsarət alıb. O, bu gün aldığı yaralardan ölüb.