Husilər yeni Baş Qərargah rəisi təyin edib
Dünya
314
17:55, Bu gün

Husilər yeni Baş Qərargah rəisi təyin edib

“Ənsarullah” olaraq tanınan Yəmən Husilərinin öldürülən Baş qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Ğəmarinin yerinə təyinat olub.

Moderator.az İran mediasına istinadən xəbər verir ki, Ğəmarini Yusif Həsən əl-Mədani əvəz edəcək.

Qeyd edək ki, Yəmən Husilərinin sabiq Baş qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Ğəmari İsrailin avqust ayında Yəmənə endirdiyi zərbələr nəticəsində xəsarət alıb. O, bu gün aldığı yaralardan ölüb.

Link kopyalandı!
Son xəbərlər