Məkkə yenidən qurulur - VİDEO
Dünya
260
17:20, Bu gün

Məkkə yenidən qurulur - VİDEO

Səudiyyə Ərəbistanı "Kral Salman qapısı" layihəsi çərçivəsində Məkkənin genişmiqyaslı yenidən qurulmasına başladığını elan edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə İslamnews.ru nəşri məlumat verib.

Məlumata görə, şəhər tarixindəki bu ən böyük şəhərsalma layihəsinə vəliəhd şahzadə Məhəmməd bin Salman təntənəli şəkildə start verib.

Layihə 12 milyon kvadratmetr ərazini əhatə edəcək və müqəddəs Əl-Haram məscidinin bilavasitə yaxınlığında inşa ediləcək.

Layihə Əl-Haram məscidinin tutumunun həm kompleks daxilində, həm də ətraf ərazilərdə 900 min zəvvara qədər artırılmasını nəzərdə tutur. Bundan əlavə, müasir şəhər klasterinin də yaradılması planlaşdırılır ki, bura yaşayış məntəqələri, mədəniyyət mərkəzləri, qonaqlar və şəhər sakinləri üçün infrastruktur daxil olacaq. İctimai nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirilir ki, bu da rahat və sürətli şəkildə müqəddəs məkana gedişi təmin edəcək. Proqramın əsas hissəsi 19 000 kvadratmetrlik ərazidə tarixi binaların bərpası vasitəsilə İslam irsinin qorunması olacaq.

"Vizyon-2030" milli proqramı çərçivəsində həyata keçirilən təşəbbüs 2036-cı ilə qədər 300 minə qədər iş yerinin yaradılmasını və Məkkəni ziyarət edən zəvvarların sayının ildə 30 milyona çatdırılmasını nəzərdə tutur.

 

Link kopyalandı!
Son xəbərlər