ATƏT sədri Gürcüstanda cərimələndi
Dünya
276
17:10, Bu gün

ATƏT sədri Gürcüstanda cərimələndi

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Gürcüstanda cərimələnib.

Bu barədə Moderator.az "Sputnik Gürcüstan" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, Elina Valtonen ilə bağlı bu qərar oktyabrın 14-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı yolu bağladığına görə verilib.

Gürcüstan qanunlarına görə, əgər etiraz aksiyası iştirakçılarının sayı yolu bağlamaq üçün kifayət qədər deyilsə, o zaman Gürcüstanda avtomobillərin hərəkətinə mane olmaq üzrə 5000 lari (3000 AZN) məbləğində cərimə ilə təyin edilir.

Qeyd edək ki, etiraz aksiyasında Valtonen videomüraciət yazaraq bildirmişdi ki, parlament binası qarşısında "ölkənin repressiv kursundan" narahatlıqlarını ifadə etmək üçün dinc nümayişçilər toplaşıblar.

Link kopyalandı!
Son xəbərlər