ABŞ Qəzzada beynəlxalq sabitləşdirici qüvvələr yerləşdirməyi planlaşdırır
Dünya
242
16:37, Bu gün

ABŞ Qəzzada beynəlxalq sabitləşdirici qüvvələr yerləşdirməyi planlaşdırır

ABŞ hakimiyyəti Qəzza zolağına beynəlxalq sabitləşdirici qüvvələrin göndərilməsi və anklav ərazisində yerləşdirilməsi planının işlənib hazırlanmasına başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yaylb.

Ağ Evin adları açıqlanmayan iki yüksək vəzifəli məmuru bildirib ki, ABŞ anklav ərazisində beynəlxalq kontingentin formalaşdırılmasına dair İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qətər və Azərbaycanla danışıqlar aparır. Regionda yerləşən 200 ABŞ hərbçisi Qəzzada beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsi zamanı əlaqələndirici və nəzarətçi funksiyanı yerinə yetirməlidir.

Link kopyalandı!
Son xəbərlər