Hərbi avtobus partladıldı - Ölən və yaralananlar var
Dünya
263
16:07, Bu gün

Hərbi avtobus partladıldı - Ölən və yaralananlar var

Suriyanın Deyr əz-Zor əyalətinin şərq hissəsində hərbi avtobusun partladılması nəticəsində beş Suriya əsgəri həlak olub, doqquz nəfər isə yaralanıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı Suriya dövlət televiziyasına istinadən məlumat yayıb.

Partlayışın kustar üsulla hazırlanmış partlayıcı qurğu vasitəsilə törədildiyi bildirilir. Yaralanan əsgərlərin Energetika Nazirliyinə məxsus neft obyektini mühafizə etdiyi qeyd olunur.

Hadisə ilə bağlı hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Link kopyalandı!
Son xəbərlər