Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) ATƏT katibliyinə və təşkilatın üzv ölkələrinə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın XİN rəhbəri Elina Valtonenin 14 oktyabrda Tbilisidəki mitinqdə iştirakı ilə bağlı etiraz notası göndərib, narahatlığını bildirib.
Moderator.az-ın 1tv.ge-yə istinadən verdiyi xəbərə görə, xarici siyasət idarəsinin ATƏT katibliyinə göndərdiyi notada qeyd olunur ki, Gürcüstana rəsmi səfər proqramından əlavə, nazir Elina Valtonen küçədə kiçik bir qrup insanın keçirdiyi hökumət əleyhinə mitinqə qoşulub və ölkədəki barədə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edən bəyanat verib.