Bizi sosial şəbəkələrdən izləyin:
Virciniya Universitetinin alimləri kliniki ölüm keçirmiş insanların nə ilə qarşılaşdıqlarını, həmin anda nə gördüklərini, ölümə yaxın təcrübədən sonra həyatlarını necə dəyişdirdiklərini öyrənməyə imkan verən eksperiment keçiriblər.
Moderator.az xəbər verir ki, bu barədə "New York Post" yazıb.
Tədqiqatçılar araşdırmaya belə bir təcrübə yaşamış 167 nəfər cəlb ediblər. Məlum olub ki, onların 70 faizi ağ işıq görüb, rahatlıq hiss edib və həyata döndükdən sonra isə dini və mənəvi əqidələrini tamamilə dəyişib.
Bu adamların təxminən 15 faizi ölmüş qohumları ilə qarşılaşıb, habelə ruhlarının bədəndən çıxdığını hiss edib, 20 faizindən çoxu həyatına əsaslı dəyişiklik edib, ya boşanıb, ya da başqa yerə köçüb.
Kliniki ölüm keçirənlərin 78 faizi bildirib ki, psixoloji dəstəyə ehtiyacları olub. Lakin onlara bu dəstəyi "biz belə şeylərlə məşğul olmuruq" deyərək nə ruhanilər, nə də psixoterapevtlər göstəriblər.
Universitetin Psixiatriya və Neyrodavranış Elmləri Departamentindən Marieta Pehlivanova bildirib ki, belə pasiyentləri və onların konkret tələbatını dəstəkləmək imkanları çox məhduddur.