01:21
18°C
Bakı
Madaqaskardakı hərbi çevrilişin lideri, elit quru qüvvələri bölməsinin (CAPSAT) polkovniki Mikael Randrianirina ölkədə seçki keçirilənə qədər prezident səlahiyyətlərini icra edəcəyini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
"Andiçmə mərasimi keçirilməlidir. Biz burada ən azı 18 ay, maksimum iki il qalacağıq", - o, agentliyə müsahibəsində deyib.
"Associated Press" ilə söhbətində Randrianirina qeyd edib ki, Ali Konstitusiya Məhkəməsi Madaqaskar prezidentinin yoxluğunda onu dövlət başçısı vəzifəsinə dəvət etdikdən sonra o bu vəzifəni icra etməyə məcbur olub.