00:52
18°C
Bakı
Ukraynanın dövlət borcu bu il Ümumi Daxili Məhsulu (ÜDM) üstələyərək 108,6%-ə çatacaq. Gələn il bu rəqəm daha da yüksək olacaq.
Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun proqnozunda bildirilib.
Proqnoza görə, Ukraynanın dövlət borcu bu il ÜDM-in 108,6%-ni, 2026-cı ildə isə 110,4%-ni təşkil edəcək. Bundan sonra borc tədricən azalacaq və 2029-cu ilə qədər ÜDM-dən (98,3%) bir qədər az olacaq.
BVF qeyd edir ki, ölkələr kəsir və borc səviyyələrində əhəmiyyətli dərəcədə fərqlənirlər. Dünyanın ən böyük iqtisadiyyatlarının bir çoxunun ÜDM-in 100%-ni aşan (və ya keçəcəyi proqnozlaşdırılan) dövlət borcu var. Bununla belə, 100%-dən yuxarı borcu olan ölkələrin sayı qarşıdakı beş il ərzində davamlı olaraq azalacaq.