Bu aviaşirkət Almaniyada uçuşlarını ləğv edir
Dünya
671
15 Oct 2025 | 21:55

Bu aviaşirkət Almaniyada uçuşlarını ləğv edir

İrlandiyanın “Ryanair” aviaşirkəti Almaniyada qış mövsümü üçün nəzərdə tutduğu uçuş planını xeyli ixtisar edəcək.

Moderator.az xəbər verir ki, şirkətin məlumatında əvvəlki planla müqayisədə təxminən 10 faiz az yerin satışa çıxarılacağı bildirilib.

Şirkət ümumilikdə 24 reysi və 800 min yeri ixtisar edəcək. Ən çox ixtisar Berlin-Brandenburq və Memminqen aeroportlarında olacaq. Berlində 5, Memminqendə isə 2 reys olmaqla hər şəhər üzrə 230 min yer ləğv ediləcək. Azalmaların çox olduğu şəhərlər arasında Köln (2 reys, 87 min yer), Baden-Baden (1 reys, 83 min yer), Frankfurt-Hahn (3 reys və 64 min) və digərləri də var. Şirkət, həmçinin Dortmund, Drezden və Leypsiqə uçuşları davam etdirməyəcək.

Aviaşirkət 2026-cı ilin yay mövsümündə də əlavə reyslərin ləğv edilməsini istisna etməyib.

Link kopyalandı!
Son xəbərlər