Gürcüstanda toplantı və nümayişlər zamanı qaydaların pozulmasına görə cəzalar daha da sərtləşdirilir.
Moderator.az xəbər verir ki, parlamentdə bu məqsədlə hazırlanmış qanun layihəsi artıq birinci oxunuşda qəbul edilib.
Layihəyə əsasən, üzünü maska ilə gizlətmək, hüquq-mühafizə orqanı əməkdaşını təhqir etmək, eləcə də daşıması qadağan olunmuş əşyalar gəzdirmək inzibati və ya cinayət məsuliyyətinə səbəb olacaq.
Avropada olduğu kimi, küçənin bağlanması, mitinq zamanı müvəqqəti tikililərin qurulması və ictimai asayişi pozan hərəkətlər də Gürcüstanda ciddi şəkildə cəzalandırılacaq.
Yeni qanun dəyişikliyinə əsasən, bu cür hallara inzibati həbs və təkrar törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. Qanunvericilik təşəbbüsü hakim "Gürcü Arzusu" partiyasına məxsusdur.