00:19
18°C
Bakı
Ukraynadakı münaqişə tezliklə həll olunmasa, ABŞ və müttəfiqləri Rusiyaya qarşı lazımi addımlar atacaqlar.
Moderator.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset Ukrayna üzrə Təmas Qrupunun iclasında bildirib.
"Əgər bu addımı atmalı olsaq, Pentaqon yalnız ABŞ-ın edə biləcəyi şəkildə töhfə verməyə hazırdır. İndi bu faciəli müharibəyə son qoymağın, lazımsız qan tökülməsini dayandırmağın və danışıqlar masası arxasına oturmağın vaxtıdır”, - Heqset qeyd edib.