Avstriyalı milyarder həbs edildi
Dünya
693
15 Oct 2025 | 21:03

Avstriyalı milyarder həbs edildi

Avstriyada İnsbruk Məhkəməsi iflas etmiş "Signa" daşınmaz əmlak holdinqinin milyarder təsisçisi Rene Benkonu maliyyə maxinasiyalarına görə iki il həbs cəzasına məhkum edib.

Moderator.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Məhkəmə nəticəyə gəlib ki, Benko öz investorlarını 300 min avro məbləğində aldadıb. O bu məbləği şirkətinin iflasından əvvəl pulları kreditorlardan gizlətmək məqsədilə şəxsi hesablara köçürüb.

Qeyd edək ki, Benko Avstriyanın ən böyük daşınmaz əmlak holdinqi "Signa"nın sahibi olub. 2023-cü ilin noyabr ayında holdinq iflas edib.

Link kopyalandı!
Son xəbərlər