ABŞ Maliyyə Nazirliyi ölkənin gündəlik böyük itkilərini açıqladı
Dünya
560
20:30, Bu gün

ABŞ Maliyyə Nazirliyi ölkənin gündəlik böyük itkilərini açıqladı

ABŞ iqtisadiyyatı hökumətdə davam edən şatdaun səbəbindən gündəlik 15 milyard dollara qədər pul itirir.

Moderator.az "Reuters"ə istinadən bildirir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "ABŞ-yə sərmayə yatırın" forumunda çıxışı zamanı məlumat verib.

O bildirib ki, ABŞ iqtisadiyyatına investisiya dalğası dayanıqlıdır və yeni başlayır, lakin federal hökumətin fəaliyyətini dayandırması ciddi maneəyə çevrilir.

"Bizi ləngidən yeganə şey hökumətin işinin dayanmasıdır", - deyə Bessent qeyd edib.

O vurğulayıb ki, şatdaun istehsalın itirilməsi səbəbindən iqtisadiyyata gündə təxminən 15 milyard dollara başa gəlir.

Link kopyalandı!
Son xəbərlər