HƏMAS-ın qaytardığı dörd cəsəddən birinin israilli girovlara aidiyyəti yoxdur
Dünya
799
15 Oct 2025 | 20:02

HƏMAS-ın qaytardığı dörd cəsəddən birinin israilli girovlara aidiyyəti yoxdur

İsrail Baş nazirinin Dəftərxanası Beynəlxalq Qızıl Xaç Komitəsinin həlak olmuş dörd israilli girovun cəsədini oktyabrın 14-də axşam saatlarında hərbçilərə təhvil verdiyini təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Forbes" portalı yayıb.

Sonra "Əbu Kəbir" Məhkəmə Tibb İnstitutu HƏMAS tərəfindən qaytarılan dörd girovdan üçünə aid olan cəsədlərin tanınmasını yekunlaşdırıb.

Bildirilir ki, Nirit qəsəbəsindən 19 yaşlı Tamir Nimrodi "Erez" nəzarət-buraxılış məntəqəsindən qaçırılıb. Onun taleyi son ana qədər məlum deyildi.

Givondan olan 35 yaşlı Uriel Barux "Nova" festivalı zamanı qaçırılıb. SAXAL onun həlak olduğunu 2024-cü ilin mart ayında aydınlaşdırıb.

Bat-Yamdan olan 53 yaşlı Eytan Levi isə Beeridə qətlə yetirilib, meyiti isə Qəzzaya aparılıb.

SAXAL tanınma başa çatandan sonra rəsmi bəyanat verərək bildirib ki, HƏMAS tərəfindən İsrailə təhvil verilən dördüncü cəsədin israilli girovların heç birinə aidiyyəti yoxdur.

Link kopyalandı!
Son xəbərlər