23:10
18°C
Bakı
Böyük Britaniya Rusiyanın iki ən böyük neft şirkəti olan “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz məlumat yayıb.
Bundan əlavə, Rusiyanın “kölgə donanması”ndan olan daha 51 tanker də sanksiyalara məruz qalıb.
Qeyd olunur ki, iqtisadiyyatın müxtəlif sektorlarından, o cümlədən müdafiədən olan fiziki və hüquqi şəxslər də rəsmi Londonun tətbiq etdiyi yeni məhdudiyyətlər altına düşəcək.