Mayor intihar etdi, polis rəisi həbs olundu
Dünya
921
15 Oct 2025 | 19:45

Mayor intihar etdi, polis rəisi həbs olundu

Rusiyanın İrkutsk şəhərində istintaq şöbəsinin sabiq rəisi, polis polkovnik-leytenantı Yelena Jmurova, intihara səbəb olma ittihamı ilə 13 il azadlıqdan məhrum edilib.

Jmurova İrkutsk şəhəri üzrə Daxili İşlər Nazirliyinin 9 saylı şöbəsində rəhbər vəzifə tutub. Onun tabeliyində 30 yaşlı ədliyyə mayoru baş müstəntiq işləyib. 2017-ci ilin dekabrında həmin kişi iş yerində ölü halda tapılıb. Onun arvadı və bir övladı qalıb.

İttiham materiallarına əsasən, qadın rəis mütəmadi olaraq tabeliyindəki əməkdaşın nüfuzunu zədələyib, onun işindəki çatışmazlıqları ictimai şəkildə müzakirəyə çıxarıb və istintaq apardığı işlərin gedişi ilə bağlı təhqiredici ifadələr işlədib.

İddialara görə, mayor belə münasibətə dözməyərək, növbədə olarkən özünü güllələyib.

Məhkəmə araşdırması zamanı keçmiş istintaq rəisi məhkəmə zalında olmayıb, çünki hazırda İsraildə olduğu bildirilir.

 

(Lent.az)

Link kopyalandı!
Son xəbərlər