İbrahim Tatlısesin SƏRVƏTİ açıqlandı
Dünya
712
19:37, Bu gün

İbrahim Tatlısesin SƏRVƏTİ açıqlandı

İncəsənət dünyasının əfsanəvi simalarından biri olan İbrahim Tatlısəs təkcə musiqidə deyil, həm də biznes sahəsindəki uğurları ilə diqqət mərkəzindədir.

İllər boyu ticarət, əmlak və media kimi müxtəlif sahələrə qoyduğu  yatırımlarla Türkiyənin ən varlı sənətçilərindən biri hesab olunur.

Tatlısəsin sərvəti müxtəlif istiqamətlərə yayılıb. İstanbulun Seyrantepe bölgəsində onun 1500 kvadratmetrlik ərazidə yerləşən kabab salonu, televiziya binası, Tatlısəs Şirkətlər Qrupunun inzibati binası, həmçinin “By Tatlısəs Giyim” markasına məxsus atelye və mağazası var. Həmin ərazidə sənətçiyə məxsus üç mənzil də mövcuddur. Bundan başqa, Sarıyerdə bir villa, Hadımköydə köşk, Şanlıurfada bir mənzil və üç sot torpaq sahəsi onun mülkləri sırasındadır.

Tatlısəsin daşınmaz əmlak portfeli təkcə İstanbul ilə məhdudlaşmır. İzmirin Narlıdere bölgəsində yerləşən Folkart evlerinde bir mənzil, Bodrumun Bitez məhəlləsində isə 48 mənzildən ibarət “Tatlısəs Paradise” kompleksinə sahibdir. Həmin ərazidə əlavə olaraq bir villa, 26 otaqlı dənizkənarı otel və 6500 kvadratmetrlik torpaq sahəsi də onun adına qeydiyyatdadır.

Sənətçinin ən iri investisiyalarından biri isə Kuşadasında yerləşən 8000 kvadratmetrlik ərazidə inşa edilmiş, 6 mərtəbəli, 157 otaqlı və 314 çarpayılı “Tatlısəs Otel”dir. Bu obyekt onun turizm sahəsindəki ən böyük layihələrindən sayılır.

Bununla yanaşı, Tatlısəs media və qastronomiya sektorlarında da aktivdir. O, İstanbulda beş kabab salonuna, bir peyk kanalına, D-Smart üzərindən yayımlanan televiziya kanalına və “Tempo TV” adlı media platformasına sahibdir.

Lüks həyat tərzi ilə də seçilən İbrahim Tatlısəsin şəxsi və şirkət nəqliyyat parkında 1 yaxta, 2 sürət qayığı, 2 "Mercedes" avtomobili, 3 Jeep, 1 limuzin və 20 şirkət avtomobili mövcuddur.

Tatlısəs keçmiş illərdə haqqında yayılan “möhtəşəm sərvət” iddialarına cavab olaraq əmlak siyahısını şəxsən paylaşıb, sənədin altına “İbrahim Tatlı Servet” qeydi əlavə edib. Beləliklə, o, həm musiqi, həm də biznes aləmində öz adını bir “sərvət imperiyasının” qurucusu kimi tarixə yazdırıb.

Link kopyalandı!
Son xəbərlər