Donald Tramp Si Cinpinlə görüşmək niyyətindədir
Dünya
856
15 Oct 2025 | 19:37

Donald Tramp Si Cinpinlə görüşmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Cənubi Koreyada gözlənilən sammiti çərçivəsində ÇXR-in Sədri Si Cinpinlə ikitərəfli görüş keçirmək niyyətindədir. Halbuki o, son vaxtlara qədər bunun tamamilə əksini iddia edirdi.

Moderator.az xəbər verir ki, bu faktı ABŞ-nin maliyyə naziri Skot Bessent etiraf edib.

O, "APEC-in oktyabrın sonu, noyabrın əvvəlində Koreya Respublikasında keçiriləcək zirvə görüşü çərçivəsində Çin və ABŞ liderlərinin görüş planları qüvvədə qalırmı?" sualını cavablandırarkən deyib: "Bildiyimə görə, Prezident Tramp əvvəlki kimi iştirak etmək niyyətindədir. Düşünürəm ki, onların əla münasibətləri var".

Link kopyalandı!
Son xəbərlər